Tarix: 26 Mart 2020 14:40
Dünyanın ən böyük stadionlarından olan “Marakana” koronavirusa yoluxmuş xəstələr üçün sahə hospitalı kimi fəaliyyət göstərəcək.
Qol.az CNN-ə istinadən xəbər verir ki, Braziliya millisi, “Fluminense” və “Flamenqo”nun ev oyunlarını keçirdiyi Rio-de-Janeyrodakı arenada xəstələrə tibbi yardım göstəriləcək.
Xəstələrin stadiondakı otaqlarda yerləşdiriləcəyi, lazım gələrsə, arenanın meydançasından da istifadə olunacağı bildirilib.
Qeyd edək ki, 78 min tamaşaçı tutumuna malik olan “Marakana”da 2014-cü ildə dünya çempionatının final matçı, 2016-cı ildə isə Yay Olimpiya və Paralimpiya Oyunları keçirilib.