Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 May 2019 13:27
Bakı. İlhamə İsabalayeva – Trend:
Azərbaycan dövlətinin müstəqil siyasəti var, böyük güclərdən asılı deyil.
Trend-in məlumatına görə, bunu Fransa Parlamentinin üzvü Jan-Lük Reytser deyib.
Onun sözlərinə görə, Azərbaycanın nəinki mərkəzi, eləcə də regionları çox inkişaf edib: “Azərbaycandakı iqtisadi inkişaf məni heyrətləndirir. Ölkənizin apardığı siyasəti çox bəyənirəm. Sizin müstəqil siyasətiniz var, böyük güclərdən asılı deyilsiniz. Siz tarazlığı, qonşuluq siyasətini qoruyub saxlaya bilmisiniz. Buradakı tolerantlıq da məni valeh edir. Azərbaycan çox təhlükəsiz ölkədir”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin