Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Mart 2020 23:21
Koronavirus testinin şəxsi istəyə bağlı olunmaması tövsiyə olunur.
Sonxeber.net e-tibb.az-a istinadən bildirir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) cənub ərazi bölməsi üzrə koordinatoru, infeksion xəstəliklər uzmanı Fərrux Sədirov deyib. O bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) də belə tövsiyə edir: "Əgər özünüzdə xəstəlik əlamətləri hiss edirsinizsə, sizə 103 və 113 xidməti tərərindən suallar veriləcək. Lazım olan təqdirdə müayinə olunacaqsınız. Əgər koronavirusla bağlı yüksək şübhə olarsa, o zaman test olunacaq".