Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Jiru: "Çelsi" istəyimi reallaşdırmadı"

Jiru:

Tarix: 29 Mart 2020 10:18

"Çelsi"nin hücumçusu Olivye Jiru mövsümün sonunda komandasını dəyişəcək.

Milli.Az apasport.az-a istinadən bildirir ki, fransalı forvard hələ qış fasiləsində London klubunu tərk etmək istəyib.

Bunu 34 yaşlı oyunçu özü açıqlayıb. Fransa millisinin üzvü "İnter"ə keçməyə yaxın olsa da, "Çelsi" buna razılıq verməyib: "Yanvarda "Çelsi"dən ayrılmaq istəyirdim. "İnter" mənim üçün cəlbedici layihə təklif etmişdi. Antonio Konte ilə telefonla danışdım, o məni "İnter"ə dəvət etdi. Lakin "Çelsi" istəyimi reallaşdırmadı, məni buraxmadı".

Qeyd edək ki, Olivye Jirunun "Çelsi" ilə müqavilə müddəti mövsümün sonuna qədərdir.

Milli.Az


Etiketlər:  Jiru Çelsi istəyimi reallaşdırmadı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ