Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Mart 2020 21:26
İtaliya A Seriyasının oyunları koronavirus pandemiyasına görə mayın 3-dək təxirə salınmışdı. Lakin bu tarix də təxirə salınır.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, İtaliyanın İdman Nazirliyi liqaların bərpa müddətini uzatmaq üçün hökumətə müraciət edəcək. Bildirilir ki, A Seriyasını mayın 3-də başlatmaq real plan deyil.
Xatırladaq ki, İtaliya A Seriyası martın 11-də dayandırılıb. Turnir cədvəlinə 26 turdan sonra 63 xalla "Yuventus" başçılıq edir.