Tarix: 29 Mart 2020 22:20
İtaliya A Seriyasının oyunlarının bərpa müddəti koronavirus pandemiyasına görə uzadılacaq. Qol.az xəbər verir ki, bu barədə yerli mətbuata açıqlamasında ölkənin idman naziri Vinçentso Spadafora bildirib. Onun sözlərinə görə, çempionat təxirə salındığı vaxtda - mayın 3-də başlamayacaq.
Nazir liqaların bərpa müddətini uzatmaq üçün İtaliya hökumətinə müraciət ediləcəyini bildirib: "A Seriyasını mayın 3-də başlatmaq real plan deyil. İdman sadəcə, futbol deyil, futbol da A Seriyasından ibarət deyil. Bütün idman tədbirlərinin növbəti dəfə təxirə salınması ilə bağlı təklif irəli sürəcəyəm".
Qeyd edək ki, İtaliya A Seriyası martın 11-də dayandırılıb. 26 turdan sonra turnir cədvəlinə 63 xalla "Yuventus" başçılıq edir.