Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fransa telekanalı Messini bənzəri ilə səhv saldı - FOTO

Fransa telekanalı Messini bənzəri ilə səhv saldı - FOTO

Tarix: 30 Mart 2020 09:30

Fransada yayımlanan "M6" telekanalının müxbirləri canlı yayımda gülməli səhvə yol veriblər.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, telekanal "Barselona"nın əfsanəvi hücumçusu Lionel Messini onun bənzəri iranlı Rza Parasteşlə səhv salıb.

Qeyd etmək lazımdır ki, "M6" koronavirusla mübarizəyə böyük məbləğdə vəsait ayıran idmançılar haqqında süjet hazırlayıb.

Süjet yayımlanarkən ekranda məşhur tennisçi Rocer Federerlə yanaşı Messinin əvəzinə R.Parasteşin şəkli əks olunub.

Xatırladaq ki, Messi koronavirusla mübarizəyə bir milyon avro vəsait ayırıb.


Etiketlər:  Fransa telekanalı Messini bənzəri ilə səhv saldı FOTO


RƏYLƏR