Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Mart 2020 12:12
"Real" kapitanı Serxio Ramosla yeni müqavilənin şərtləri barədə razılığa gələ bilmir.
Qol.az xəbər verir ki, bu barədə "AS" nəşri məlumat yayıb.
Bildirilib ki, ispan müdafiəçinin hazırkı müqaviləsi 2021-ci ilin yayında başa çatır. Klub onunla müqavilənin müddətini daha 1 il uzatmaq istəyir. Ancaq 34 yaşlı oyunçunun sözləşməni 2023-cü ilin iyununa kimi artırılmasını istədiyi vurğulanıb.