Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Evdə qalırsınızsa, bu vitamini qəbul edin - Həkim

Evdə qalırsınızsa, bu vitamini qəbul edin -  Həkim

Tarix: 30 Mart 2020 18:36

Koronavirus infeksiyası ilə bağlı evdə qalmağa məcbur olan insanlar kifayət qədər Günəş şüası altında ola bilmədiyi üçün D vitamini qəbul etməlidir.

Sonxeber.net bildirir ki, bu barədə Axar.az-a pediatr Elnurə Qurbanova bildirib. Onun sözlərinə görə, uzun müddət havasız və Günəş şüası olmadan ev şəraitində olmaq orqanizmin D ehtiyatını azaldır. Bu da zamanla müəyyən problemlərə səbəb olur.

"Həm uşaqlar, həm də böyüklər yaxşı olar ki, D vitamini qəbul etsinlər. Böyüklər üçün kapsul şəklində D vitaminləri var. Kiçik uşaqlar üçün isə damcı şəklində olan vitaminlərdən istifadə edilməsi məsləhətdir", - həkim bildirib.


Etiketlər:  Evdə qalırsınızsa vitamini qəbul edin Həkim


RƏYLƏR