Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyədə koronavirusdan ölənlərin sayı 168 nəfərə çatıb

Türkiyədə koronavirusdan ölənlərin sayı 168 nəfərə çatıb

Tarix: 30 Mart 2020 21:04

Bakı. Trend:

Türkiyədə yeni növ koronavirusdan (COVİD-19) daha 37 nəfər dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə Naziri Fahrettin Koca öz "Twitter" səhifəsində paylaşıb.

Məlumata əsasən, bu gün Türkiyədə 11 535 koronavirus testi keçirilib və onlardan 1610-nгn nəticəsi müsbət olub. Ölkədə koronavirusdan ölənlərin ümumi sayı 168 nəfər təşkil edir.

Türkiyədə koronavirusa yoluxanların ümumi sayı 10 827 nəfərə çatıb, 162 nəfər isə xəstəlikdən sağalıb.


Etiketlər:  Türkiyədə koronavirusdan ölənlərin sayı 168 nəfərə çatıb


RƏYLƏR