Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-da koronavirusdan ölənlərin sayı 3 min nəfəri ötüb

ABŞ-da koronavirusdan ölənlərin sayı 3 min nəfəri ötüb

Tarix: 31 Mart 2020 06:28

Bakı. Trend:

ABŞ-da yeni növ koronavirusdan (COVİD-19) ölənlərin sayı 3 min nəfəri ötüb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Con Hopkins Universiteti bildirib.

Universitetin məlumatına əsasən, ABŞ-da koronavirusa 163 429 nəfər yoluxub, 3 008 nəfər dünyasını dəyişib, 5 764 nəfər isə sağalıb.

Qeyd edək ki, hazırda ABŞ koronavirusa yoluxanların sayına görə İtaliya, İspaniya və Çini qabaqlayaraq birinci pillədə yer alır.


Etiketlər:  ABŞ koronavirusdan ölənlərin sayı nəfəri ötüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ