Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Mart 2020 13:42
"Bavariya"nın futbolçusu David Alaba klubu ilə yeni müqavilə imzalamaqla bağlı ilk təklifi rədd edib.
Qol.az Almaniya mətbuatına istinadən xəbər verir ki, o, təklif olunan şərtlərlə razılaşmayıb. Bu səbəbdən avstriyalı müdafiəçi bu təklifi qəbuledilməz hesab edib.
Bildirilib ki, tərəflər koronavirus səbəbindən danışıqları 2-3 həftəlik təxirə salıb. Tərəflər razılığa gələ bilməyəcəkləri təqdirdə, Davidin ən yaxın transfer pəncərəsi dövründə komandanı tərk edəcəyi vurğulanıb.
Qeyd edək ki, Alabanın Münhen təmsilçisi ilə müqaviləsi 2021-ci ilin iyununda başa çatır.