Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bank Respublika ödəniş kartlarının istifadə müddətini uzatdı!

Bank Respublika ödəniş kartlarının istifadə müddətini uzatdı!

Tarix: 31 Mart 2020 14:48

Bakı. Trend:

“Bank Respublika”dan #evdeqal təşəbbüsünə daha bir dəstək gəldi Bank Respublika vaxtı bitmiş kartların istifadə müddətini avtomatik uzadacaq!

Respublikamızda koronavirus COVID-19 yayılması ilə bağlı #evdeqal kampaniyasına Bank Respublika tərəfindən daha bir dəstək gəldi.

Bank, infeksiyanın müştərilərin sağlamlığı üçün doğurduğu təhlükələri nəzərə alaraq, ölkə daxilində istifadə üçün, müddəti cari ilin mart, aprel və may aylarında başa çatacaq ödəniş kartlarının istifadə müddətini 2020-ci ilin iyul ayına qədər uzatdı.

Beləliklə, kartlarının istifadə müddəti cari ilin mart,aprel və may aylarında başa çatacaq müştərilərin banka gələrək kartlarının müddətini uzatmağa ehtiyac qalmamışdır. Müştərilər bu imkandan istifadə edərək kart vasitəsilə evdən onlayn sifarişlər edə bilər, habelə alış-verişlərini nağdsız olaraq kart vasitəsilə həyata keçirə biləcəklər.

Bundan başqa, müştərilər “Bank Respublika”nın bütün kartlarında olan təmassız ödəniş imkanından istifadə edərək vaxt itirməyərək ödənişlərini daha sürətli və rahat edə bilərlər.

Bank Respublika müştərilərə COVİD-19 virusunun kağız əsginaslarla yayılma ehtimalını azaltmaq üçün ödənişləri kartlar ilə nağdsız qaydada POS-terminallar vasitəsilə həyata keçirmələrini tövsiyyə edir.

Bununla müştərilər bankın geniş partnyor şəbəkəsində ödəniş edərək bonuslar qazanacaq, həm də virusun yayılmasına şərait yaradan kağız pulların sağlamlıq üçün yaratdığı risklərdən qorunmuş olacaqlar.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.


Etiketlər:  Bank Respublika ödəniş kartlarının istifadə müddətini uzatdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ