Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Mart 2020 17:40
Xəbər verdiyimiz kimi, ötən gündən Azərbaycanda fərdi evlərdən və mənzillərdən insanların çıxışı bir qədər də məhdudlaşdırılıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, artıq Bakıda insanların hərəkətinə polislə yanaşı, Daxili Qoşunların hərbi xidmətçiləri də nəzarət edir.
Fotolardan görünür ki, əksər Bakı küçələri boşdur, maşınlara nadir hallarda rast gəlinir. Evdən çıxmış vətəndaşlar da polis tərəfindən sorğu-sual edilir. Zəruri ehtiyaclar üçün çölə çıxmağa məcbur olmuş şəxslərin sərbəst hərəkətinə şərait yaradılır. Digər vətəndaşlara isə xəbərdarlıq edilərək, evdən çıxmamaq barədə tövsiyələr verilir.