Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tanınmış bakılı yazıçı Moskvada vəfat edib

Tanınmış bakılı yazıçı Moskvada vəfat edib

Tarix: 1 Aprel 2020 00:46

Tanınmış şair, yazıçı, dramaturq və ssenariçi, həmyerlimiz Leonid Zorin Moskvada vəfat edib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Leonid Zorin 96 yaşında dünyasını dəyişib.

Leonid Zorin 1924-cü ildə Bakıda anadan olub. 1946-cı ildə Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universiteti) bitirib. O, 50-dən çox pyesin və şeirlər kitabının müəllifidir. Yazıçının ssenarisi əsasında çəkilmiş "Pokrov darvazaları" filmi tamaşaçıların ən çox rəğbətini qazanan ekran əsərlərindəndir.


Etiketlər:  Tanınmış bakılı yazıçı Moskvada vəfat edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ