Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Aprel 2020 11:36
Bakı. Trend:
Türkiyənin Ege Universiteti bu ölkədə işləyən azərbaycanlı həkim və tibb işçilərinə koronavirusla əlaqədar təlim keçəcək.
Trend-in məlumatına görə, bunu universitetin rektoru Necdet Budak deyib.
Rektor bildirib ki, təlimlər Azərbaycan tərəfinin Türkiyənin Səhiyyə Nazirliyinə müraciəti əsasında keçiriləcək:
“Türkiyənin müxtəlif tibb müəssisələrində işləyən Azərbaycan vətəndaşları olan həkimlər və tibb işçiləri 1-14 aprel tarixlərində Ege Universitetində təlim keçəcək. Təlimdən sonra həmin şəxslər aprelin 14-də Azərbaycana yola salınacaq və burada tibb işçilərinə infeksiya nəzarəti, xəstə baxımı, təşkilatçılıq kimi məsələlərlə bağlı 3 aylıq təlimlər təşkil edəcək”.