Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Kritik vəziyyət yoxdur, ona görə çempionat davam edir''

''Kritik vəziyyət yoxdur, ona görə çempionat davam edir''

Tarix: 1 Aprel 2020 12:06

“Heç bir kritik vəziyyət yoxdur. Buna görə də çempionatı davam etdiririk. İkinci turda 500 litr antiseptik aldılar və stadionlarda istifadə olundu”.

Qol.az xəbər verir ki, bu sözləri Belarus Futbol Federasiyasının prezidenti Vladimir Bazanov yerli mətbuata açıqlamasında deyib.

Federasiya rəhbəri koronavirus pandemiyasının dünyanı bürüdüyü bir vaxtda çempionatı dayandırmadıqları üçün UEFA və FİFA-dan onlara təzyiq olunmadığını bildirib: “İnsanları özləri təmizliyə əməl etməlidirlər. Əllərini yumalı, tez-tez antiseptik istifadə etməli və xəstə halda stadiona getməməlidirlər.  Heç kim bizə təzyiq etmir, nə UEFA, nə də FİFA. Qərarı veririk və bütün çempionatı oynayacağımızı demirik. Kritik vəziyyət yaranarsa, çempionatı dayandıracağıq”.

Qeyd edək ki, Belarus çempionatı hazırda Avropada keçirilən yeganə liqadır.
 


Etiketlər:  Kritik vəziyyət yoxdur görə çempionat davam edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ