Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ronalduya “heyvan” dedi, cavabını bacısı verdi

Ronalduya “heyvan” dedi, cavabını bacısı verdi

Tarix: 1 Aprel 2020 17:46

Portuqaliyada "Yuventus"un hücumçusu Kriştianu Ronaldu ilə bağlı qalmaqal yaranıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki,buna futbolçunun koronavirus pandemiyasına görə tədbiq edilən karantin qaydasını pozub ailəsi ilə küçədə gəzməsi səbəb olub. Bu hadisə ölkədə birmanalı qarşılanmayıb və oyunçunu qınayanlar çox olub.

Portuqaliya siyasətçi Rafael Masedunun Feysbuk səhifəsində isə Ronaldu barədə kəskin fikirlər yer alıb. Masedunun adından yayılan paylaşımda futbolçu haqda ağır sözlər işlədib: "Mən istəyirəm ki, İtaliyadan gələn bu heyvan evində otursun. Bu avaranı Madeyradan göndərin".

Buna cavab olaraq Ronaldunun bacısı Elma Aveyru İnstaqramda yazıb: "Öz kökümlə fəxr edirəm. Mənim diplomum yoxdur. Amma bu adamdan savadlıyam. O, anormaldır. Heç kim, o cümlədən mənim qardaşım belə sözlərə layiq deyil". Daha sonra isə o, paylaşımızı pozub.

Masedu isə Feysbukda yeni bir paylaşım edərək səhifəsinə kənar müdaxilənin olduğunu və Ronaldu barədə həmin sözləri yazmadığını iddia edib: "Mən Ronaldu barədə belə fikirlər işlətmərəm. Bu, mənim səhifəmə birinci müdaxilə deyil. İndi şifrəni dəyişmişəm. Ronaldudan üzr istəyirəm. Hər həftə səhifəmə xaker hücumu olur. Ehtiyatlı olun".

Milli.Az


Etiketlər:  Ronalduya heyvan dedi cavabını bacısı verdi


RƏYLƏR