Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

UEFA Avropa çempionatlarını bir il sonraya keçirib

UEFA Avropa çempionatlarını bir il sonraya keçirib

Tarix: 2 Aprel 2020 08:44

UEFA daha iki turnirin təxirə salınmasına qərar verib.

Milli.Az apasport.az-a istinadən bildirir ki, 21 yaşadək futbolçular və qadınlar arasında AVRO-2021-in final mərhələləri 2021-ci deyil, 2022-ci ildə təşkil olunacaq.

Bu barədə qərar UEFA ilə quruma üzv olan milli assosiasiyaların nümayəndələri arasında videokonfransdan sonra verilib. Gənclərin Macarıstan və Sloveniyada, xanım futbolçuların İngiltərədə baş tutmalı olan yarışları bir il sonraya təxirə salınıb.

Buna koronavirus pandemiyası üzündən baş tutan təxirəsalmalar səbəb olub. AVRO-2020 və Tokio-2020 2021-ci ilin yayına keçirildiyindən həmin vaxt təqvim çox sıx olacaq. Bu səbəbdən də U-21-lər və qadınların çempionatı bir il sonraya saxlanılıb.

Hazırda hər iki Avropa çempionatında seçmə mərhələ davam edir. Azərbaycan yığmaları bu turnirlərdə uğursuz çıxış edir. 6 oyundan sonra 6 xala malik U-21 seçmə mərhələnin 2-ci qrupunda 6 komanda arasında 5-cidir. 4 oyunun hamısında uduzan qadın millimiz isə D qrupunda sonuncu - 5-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, bunadək 2020-ci ildə keçirilməli olan Avropa çempionatlarının final mərhələləri ilə bağlı da qərar verilib. 17 yaşadək oğlanlar və 19 yaşadək qızların yarışı ləğv edilib, 19 yaşadək oğlanlarla 17 yaşadək qızların yarışı təxirə salınıb.

Milli.Az


Etiketlər:  UEFA Avropa çempionatlarını bir il sonraya keçirib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ