Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Aprel 2020 16:08
2019-cu ildə 599 nəfər Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə Nazirlər Kabinetinin 2019-cu il üzrə hesabatında qeyd olunub.
Ümumilikdə hesabat ilində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, bərpa və xitam ilə bağlı əcnəbilərdən və vətəndaşlığı olmayan şəxslərdən, həmçinin ölkə vətəndaşlarından daxil olmuş 1074 müraciət müvafiq qaydada araşdırılıb.
Bu müraciətlərdən 599-u Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, 26-sı Azərbaycan Respublikasının vətəndaşlığına bərpa, 449-u isə Azərbaycan Respublikasının vətəndaşlığından çıxma məsələləri ilə bağlı olub.