Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

XİN səhiyyə işçiləri ilə bağlı VİDEOçarx hazırlayıb

XİN səhiyyə işçiləri ilə bağlı VİDEOçarx hazırlayıb

Tarix: 2 Aprel 2020 18:52

Koronavirus infeksiyasının (COVID-19) Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan hökuməti tərəfindən bütün istiqamətlərdə hərtərəfli tədbirlər həyata keçirilir.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, Azərbaycan həkimlərinə mənəvi dəstək kampaniyasına qoşularaq, Azərbaycan Hökumətinə və bütün səhiyyə işçilərinə bu çətin mübarizədə göstərdikləri qəhrəmanlıq ilə bağlı təşəkkürünü və onlarla həmrəyliyini bildirmək üçün Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) videoçarx hazırlayıb.

AR XİN bu videoçarxın hazırlanmasında göstərdiyi yardıma görə Azərbaycan Televiziyasına təşəkkürünü bildirir.

#BizBirlikdəGüclüyük


Etiketlər:  XİN səhiyyə işçiləri ilə bağlı VİDEOçarx hazırlayıb


RƏYLƏR