Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Aprel 2020 07:28
Bakı. Trend:
Yaponiyanın "Toyota Motors" avtomobil istehsalçısı yeni növ koronavirus (COVİD-19) səbəbilə ölkədə yerləşən 5 zavodunun fəaliyyətinin dayandırılması ilə əlaqədar qərar qəbul edib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, sözügedən zavodlar Yaponiyanın Ayti və Fukuoka prefekturalarında yerləşir. Zavodların fəaliyyətinin durdurulması bu ərazidə yerləşən yeddi "Toyota" istehsal xəttinin müvəqqəti dayanması ilə nəticələnəcək.
Bildirilir ki, zavoddan asılı olaraq fəaliyyətin bərpası 6-15 aprel tarixlərində nəzərdə tutulub.