Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Aprel 2020 07:04
"NetMarketShare" analitik resursu 2020-ci ilin martın sonuna müxtəlif brauzerlərin bazar payı haqqında statistik məlumatlar dərc edib.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, analitik şirkətin məlumatına görə, "Microsoft Edge" brauzeri (7,19% göstərici) ikinci yeri tutub. "Mozilla Firefox" (7,59%) üçüncü olub. 68,50% bazar payına malik "Google Chrome" əvvəlki kimi dəyişməz lider olaraq qalır.
Bir neçə il bundan əvvəl "Edge" brauzerinin "iOS" və "Android" mobil əməliyyat sistemlərinin idarəetməsi altında işləyən qurğular üçün əlçatan olması ona öz aktiv auditoriyasını genişləndirməkdə kömək edib. Bundan başqa, "Microsoft" şirkəti çoxsaylı istifadəçilərin fikirləri əsasında öz brauzerini daima optimallaşdırır. Belə ki, bu yaxınlarda dünyada ən populyar brauzer "Edge"dən faydalı funksiyanı götürərək tətbiq edib.