Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

DİN-dən maska və əlcək cəriməsi ilə bağlı AÇIQLAMA

DİN-dən maska və əlcək cəriməsi ilə bağlı AÇIQLAMA

Tarix: 4 Aprel 2020 11:04

Azərbaycanda koronavirus pandemiyası ilə bağlı zərurət olmadan evdən çıxmağın qadağan olunmasından sonra ən çox müzakirə olunan məsələlərdən biri də vətəndaşların tibbi maska və əlcəkdən istifadə edib-etməməsi məsələsi olub. 

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, virusun ölkəmizdə yayıldığı ilk günlərdə və hazırda da maska qıtlığının yaşanması müşahidə olunur. TƏBİB rəsmiləri bir neçə dəfə tibbi maska və əlcəyin vətəndaşları virusdan qorumadığını, bu vasitələrdən yalnız virusa yoluxmuş şəxslər və tibb heyətinin istifadə etməli olduğunu qeyd ediblər. Bu hal, həmçinin, daha çox risk altında olan tibb heyətini maska ilə təmin etməyə çətinlik yaratmaması üçün nəzərdə tutulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahın karatin rejimi ilə bağlı açıqladığı qaydalar planında da maska və əlcəklə bağlı hər hansı tələb və ya tövsiyə qeyd olunmayıb.

Lakin son günlər polis əməkdaşlarının paytaxt, Sumqayıt və Abşeronda apardığı reydlər zamanı maska və əlcəkdən istifadə etməməyə görə vətəndaşları cərimələməsi haqda məlumatlar yayılmışdı. İnsanlar sosial şəbəkələrdə bundan narazılığını bildirirdi.

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev də mətbuata açıqlamasında tibbi maska və əlcəkdən istifadə etmənin karantin rejiminin tələbi olduğunu bildirmişdi.

Daxili İşlər Nazirliyi artıq bu məsələyə bir daha aydınlıq gətirib.

Qurum rəsmisinin adından yayımlanan video açıqlamada qeyd edilib ki, maska və əlcəkdən istifadə etməməyə görə vətəndaş cərimə edilmir:

"Xüsusi karantin rejimində küçəyə çıxan şəxslərin əlcək geyinməməsinə və maska taxmamasına görə hüquqi məsuliyyət nəzərdə tutulmayıb".


Etiketlər:  DİN dən maska əlcək cəriməsi ilə bağlı AÇIQLAMA


RƏYLƏR