Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Təhsil Nazirliyi yeni ''Qaynar xətt''i istifadəyə verir

Təhsil Nazirliyi yeni ''Qaynar xətt''i istifadəyə verir

Tarix: 4 Aprel 2020 17:44

Bakı. İlhamə İsabalayeva - Trend:

Aprelin 6-da Təhsil Nazirliyinin yeni 146-3 "Qaynar xətt" xidməti fəaliyyətə başlayacaq.

Nazirlikdən Trend-ə verilən məlumata görə, ölkədə yeni koronavirus (COVİD-19) infeksiyası ilə əlaqədar karantin rejimi elan olunduğundan evdə qalan şagirdlər, eləcə də bütün vətəndaşlar mənəvi-psixoloji dəstəyə zərurət duyduğu hallarda sözügedən "Qaynar xətt" xidməti ilə əlaqə yarada bilərlər.

Əlaqə yaradan hər bir vətəndaşa məktəb psixoloqları tərəfindən telefon vasitəsilə psixoloji konsultasiya təşkil ediləcək, lazımi dəstəklə təmin olunacaqlar.

146-3 "Qaynar xətt" xidməti həftə içi hər gün saat 10:00-dan 18:00-dək fəaliyyət göstərəcək.


Etiketlər:  Təhsil Nazirliyi yeni Qaynar xətti istifadəyə verir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ