Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda təşviq institutları və fondlarının fəaliyyətini əlaqələndirən Koordinasiya Şurası yaradılacaq

Azərbaycanda təşviq institutları və fondlarının fəaliyyətini əlaqələndirən Koordinasiya Şurası yaradılacaq

Tarix: 4 Aprel 2020 21:52

Bakı. Trend:

Azərbaycanda sahibkarlıq fəaliyyətini (o cümlədən kiçik və orta sahibkarlığı) dəstəkləyən və dövlət tərəfindən yaradılmış bütün maliyyə və təşviq institutları və fondlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Koordinasiya Şurasının yaradılması nəzərdə tutulub.

Trend-in məlumatına görə, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi, “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların iqtisadiyyata, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” ölkə prezidentinin 19 mart 2020-ci il 19 mart tarixli sərəncamının icrası ilə bağlı Tədbirlər Planında öz əksini tapıb.

Planda həmçinin dövlətin yaratdığı maliyyə-təşviq institutlarının və fondlarının fəaliyyəti sahəsində aşağıdakı istiqamətlərdə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi qeyd olunub:

- İqtisadiyyat Nazilriyi yanında Sahibkarlığın İnkişafı Fondunun maliyyələşdirmə alətlərinin genişləndirilməsi, o cümlədən daşınar əmlakın girovu əsasında kreditlərin verilməsi, zəruri tibbi ləvazimat və avadanlıqların istehsalçılarına güzəştli kreditlərin ayrılması, uzunmüddətli investisiya tələb edən sahələr üzrə kiçik və orta həcmli kreditlər üçün kredit müddətinin artırılması;

- İpoteka və Kredit Zəmanət Fondunun kredit faizlərini subsidiyalaşdırması və kredit zəmanəti alətlərini təkmilləşdirməsi, o cümlədən bir kredit üzrə zəmanətin kreditə nisbətinin yuxarı həddinin artırılması, zəmanət üzrə xidmət haqlarının, müvafiq cərimələrin və digər məhdudiyyətlərin ləğv edilməsi, faiz subsidiyası verilən kreditlərin illik faiz dərəcəsinin azaldılması, zəmanət ödənişlərinə həddin artırılması və zəmanətlərə tətbiq olunan komissiyaların azaldılması.


Etiketlər:  Azərbaycanda təşviq institutları fondlarının fəaliyyətini əlaqələndirən Koordinasiya Şurası yaradılacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ