Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

PAŞA Bank Azərbaycanda ilk dəfə olaraq hüquqi şəxslər və fərdi sahibkarlar üçün onlayn rejimdə hesab açmaq imkanını təqdim edib

PAŞA Bank Azərbaycanda ilk dəfə olaraq hüquqi şəxslər və fərdi sahibkarlar üçün onlayn rejimdə hesab açmaq imkanını təqdim edib

Tarix: 30 May 2019 16:51

Bakı. Trend:

Aktivlərinin həcminə görə ölkənin ən böyük özəl bankı PAŞA Bank Azərbaycanda ilk dəfə olaraq hüquqi şəxslər və fərdi sahibkarlar üçün onlayn rejimdə hesab açmaq imkanını təqdim edilib.

Artıq bankda müştəri olmayan hüquqi şəxslər və fərdi sahibkarlar onlayn şəkildə ərizə formasını dolduraraq sadəcə “Asan İmza” mobil elektron imza vasitəsilə ərizəni təsdiqləyir, yeni açılmış hesab üzrə rekvizitləri 10 dəqiqə ərzində əldə edir və Banka yaxınlaşaraq hesabı aktiv edir. Onlayn hesab açmaq prosesini daha effektiv etmək məqsədilə PAŞA Bank daim təkmilləşdirmə işləri aparır və müştərilərin ehtiyaclarına cavab verən yenilikləri tətbiq edir. Bu rəqəmsal həll üzrə müştəri məmnuniyyəti 10 ballıq sistemdə 9.66 bal təşkil edir.

Hüquqi şəxslər və fərdi sahibkarlar bu rəqəmsal həllin aşağıdakı üstünlüklərindən bəhrələnə bilər:

Günün istənilən vaxtı (qeyri iş vaxtı da daxil olmaqla) hesab açmaq;

Hesabın açılması üzrə xidmət haqqını onlayn ödəmək;

Tarif paketlərinə onlayn qoşulmaq;

İnternet Bank xidmətinə avtomatik qoşulmaq.

Banka gəlmədən Müştərimiz olun və hesab rekvizitlərinizi əldə edin!

https://onboarding.pashabank.digital

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  PAŞA Bank Azərbaycanda dəfə olaraq hüquqi şəxslər fərdi sahibkarlar üçün onlayn rejimdə hesab açmaq imkanını təqdim edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ