Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Quldurluqda şübhəli bilinən Bakı sakinləri saxlanılıblar

Quldurluqda şübhəli bilinən Bakı sakinləri saxlanılıblar

Tarix: 6 Aprel 2020 20:46

Quldurluqda şübhəli bilinən Bakı şəhər sakinləri K.Bayramov və Ə.Məmiyev müəyyən edilərək saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Sonxeber.net-a verilən məlumata görə, Suraxanı RPİ-nin 32-ci Polis Bölməsinə müraciət edən Qaraçuxur qəsəbə sakini H.Baxşəliyev aprelin 5-də saat 2 radələrində qəsəbə ərazisində "VAZ-21015" markalı avtomobilinə sərnişin qismində oturmuş 2 nəfərin onu yumruqla vuraraq mobil telefonunu və avtomobildə olan maqnitofonunu alıb getdiyini bildirib.

Suraxanı RPİ 31-ci PB və Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən görülmüş tədbirlərlə quldurluğu törətməkdə şübhəli bilinənlər - Bakı şəhər sakinləri K.Bayramov və əvvəllər məhkum olunmuş Ə.Məmiyev müəyyən edilərək saxlanılıblar.

Araşdırma aparılır.


Etiketlər:  Quldurluqda şübhəli bilinən Bakı sakinləri saxlanılıblar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ