Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sonu hərbi xidmətdə nələr gözləyir?

Sonu hərbi xidmətdə nələr gözləyir?

Tarix: 7 Aprel 2020 16:08

"Tottenhem"in futbolçusu Son Hın Minin Cənubi Koreya qoşunlarında nələr edəcəyi məlum olub.

Qol.az "Reuters"ə istinadən xəbər verir ki, o, hərbi təlim düşərgəsi zamanı gözyaşardıcı qazlara məruz qalacaq, açıq atəş təlimləri keçəcək və 30 kilometr yürüşə çıxacaq. Eyni zamanda 27 yaşlı oyunçuya hərbi nizam-intizam öyrədiləcək və o, kimyəvi, bioloji, nüvə silahları ilə bağlı hərbi təlimlərdən keçəcək.

Qeyd edək ki,  Son Hın Min 2018-ci ildə milli komanda ilə birgə Asiya Oyunlarında qızıl medal qazandığı üçün orduda 21 aylıq xidmət müddəti 1 ayla əvəzlənib. Aprelin sonu hərbi xidmət keçəcək koreyalı futbolçu mayda Londona qayıdacaq.

 


Etiketlər:  Sonu hərbi xidmətdə nələr gözləyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ