Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Təbiətə ziyan vuran şəxs cəzalanıb

Təbiətə ziyan vuran şəxs cəzalanıb

Tarix: 7 Aprel 2020 19:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının keçirdiyi növbəti reyd zamanı İsmayıllı rayonu ərazisində Göyçay çayının yatağında icazəsiz qazıntı işlərinin aparıldığı aşkar edilib.

Nazirliyin mətbuat xidmətindən Sonxeber.net-a bildirilib ki, araşdırma zamanı qazıntı işlərinin İsmayıllı şəhər sakini Süleyman Süleymanova məxsus qum-çınqıl karxanası tərəfindən aparıldığı və yataqayırma hüdudundan kənarda qanunsuz qarışıq suxur və qumun götürüldüyü müəyyən olunub.

Faktla bağlı karxananın sahibi S.Süleymanov barəsində akt, protokol tərtib olunub və ona 10974 manat məbləğində cərimə tətbiq edilib.


Etiketlər:  Təbiətə ziyan vuran şəxs cəzalanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ