Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mourinyo parkda məşq keçdi - FOTO

Mourinyo parkda məşq keçdi - FOTO

Tarix: 8 Aprel 2020 15:42

"Tottenhem"in baş məşqçisi Joze Mourinyo parkda qrup halında məşq keçib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis bir neçə futbolçusu ilə parkda görünüb. Həmin oyunçulardan biri Tanqay N'Dombele olub.

Parkda Rayan Sesenyon və Davinson Sançes də olub. Onlar isə qrupdan ayrı fərdi olaraq hazırlaşıblar.

Qeyd edək ki, İngiltərədə karantin qaydalarına görə insanlar gün ərzində bir dəfə gəzintiyə çıxa və açıq havada idman hərəkətləri edə bilərlər. Bu zaman 2 metrlik ara məsafəsi saxlanılmalıdır. Amma "Tottenhem"in futbolçularının məsafə ilə bağlı qaydanı pozduğu bildirilir.

Milli.Az


Etiketlər:  Mourinyo parkda məşq keçdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ