Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hikmət Hacıyev: ÜST koronavirusla bağlı Azərbaycanda görülən işlərə çox yüksək qiymət verir

Hikmət Hacıyev: ÜST koronavirusla bağlı Azərbaycanda görülən işlərə çox yüksək qiymət verir

Tarix: 8 Aprel 2020 17:44

Azərbaycan Respublikasının siyasətində həmişə çoxtərəfli diplomatiya, qlobal həmrəylik və qlobal əməkdaşlıq vacib prinsipal mövqedən ibarət olub.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.

H.Hacıyev bildirib ki, ona görə də bugünkü qlobal fövqəladə şəraitdə də Azərbaycan öz xarici siyasətinin bu təməl prinsipindən çıxış edərək beynəlxalq münasibətlərdə əməkdaşlığı və həmrəyliyi dəstəkləyir:

"Bunun bilavasitə bariz nümunəsi kimi 2 aprel tarixində BMT Baş Assambleyasında koronavirus xəstəliyinə qarşı qlobal həmrəylik adlı qətnamə layihəsi irəli sürülüb. Azərbaycan həmin qətnaməyə həmmüəllif kimi qoşuldu və bu da ölkəmizin beynəlxalq səviyyədə olan səyləri və bu bəlaya qarşı qlobal həmrəyliyə sadiq olduğunun bir daha bariz nümunəsidir".

PA rəsmisi vurğulayıb ki, koronavirus xəstəliyi ilə mübarizədə Azərbaycan ilə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) arasında çox səmərəli əməkdaşlıq mövcuddur və bu əməkdaşlıq bu gün keyfiyyətcə yeni yeni bir müstəviyə qədər qoyub:

"Dövlət başçısı tərəfindən qeyd olunduğu kimi Azərbaycan tərəfindən ÜST ekspert qrupu dəvət edilib və onlar tərəfindən aidiyyəti dövlət, xüsusən də səhiyyə qurumları ilə birlikdə ətraflı müzakirələr aparılıb və görülən işlərə çox yüksək qiymət verilib".


Etiketlər:  Hikmət Hacıyev ÜST koronavirusla bağlı Azərbaycanda görülən işlərə çox yüksək qiymət verir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ