Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pandemiya COBOL-u bilən proqramçılara tələbatı artırıb

Pandemiya COBOL-u bilən proqramçılara tələbatı artırıb

Tarix: 9 Aprel 2020 22:20

"COVID-19" pandemiyası dönəmində köhnə proqram təminatı olan COBOL-u (COmmon Business Oriented Language) bilən proqramçılara  tələbat olduqca artıb.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, bu haqda ABŞ rəsmiləri məlumat yayıb.

Məlumata görə, bu proqramçılar 50 il əvvələ aid olan proqram təminatını yenilənməlidilər. Bu proqram məşğulluq sistemində işləyən 40 yaşlı kadrlar tərəfindən istifadə olunur: "Bu, qeyri-adi görünə bilər, çünki COBOL (COmmon Business Oriented Language) ən qədim proqramlaşdırma dillərindən biridir. İlk versiyası 1959-cu ildə yayımlansa da, hələ də müəssisələrdə və hökumətdə işləyir".

"Təəssüf ki, mütəxəssis tapmaq asan deyil. COBOL bir neçə ildir ki, universitetin tədris planına daxil edilməyib. Bu sahədə mütəxəssis tapanadək pensiyaçılar arasındakı könüllülərin bilgilərindən istifadə olunacaq", - deyə məlumatda qeyd olunub.


Etiketlər:  Pandemiya COBOL bilən proqramçılara tələbatı artırıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ