Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məhəmməd Asif Nur: Pakistan işğal olunmuş Dağlıq Qarabağdakı qondarma “seçkilər”i, Ermənistanın destruktiv siyasətini pisləyir

Məhəmməd Asif Nur: Pakistan işğal olunmuş Dağlıq Qarabağdakı qondarma “seçkilər”i, Ermənistanın destruktiv siyasətini pisləyir

Tarix: 11 Aprel 2020 15:12

Pakistan 2020-ci il martın 31-də işğal olunmuş Dağlıq Qarabağda keçirilmiş qondarma "prezident və parlament seçkiləri"ni qətiyyətlə pisləyir və bu faktı beynəlxalq hüquq prinsiplərinin və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin pozulması kimi dəyərləndirir.

Sonxeber.net bildirir ki, bunu Trend-ə pakistanlı politoloq Məhəmməd Asif Nur deyib.

O bildirib ki, Pakistan Ermənistanın Azərbaycana münasibətdə yürütdüyü siyasəti pisləyir, Azərbaycanın ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını dəstəkləyir:

"Pakistanda dünyada yeganə dövlətdir ki, Ermənistanı tanımır və bu günədək Ermənistan-Pakistan münasibətləri qurulmayıb. Eyni zamanda Pakistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin fəallaşmasını dəstəkləyir. Bu məsələ Pakistana yaxındır, çünki ölkənin Kəşmir problemi mövcuddur. Bu münaqişələrin nizamlanmaması bütüm regiona təhdiddir və beynəlxalq terrorçuluğun genişlənməsi üçün şərait yaradır".

Politoloq əlavə edib ki, Azərbaycanın Dağlıq Qarabağ regionunda seçkilər yalnız Azərbaycan Konstitusiyasına uyğun olaraq və regionun bütün sakinlərinin iştirakı ilə keçirilə bilər.


Etiketlər:  Məhəmməd Asif Pakistan işğal olunmuş Dağlıq Qarabağdakı qondarma seçkiləri Ermənistanın destruktiv siyasətini pisləyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ