Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Aprel 2020 19:12
Dünyanı cənginə alan koronavirus pandemiyası ilə mübarizə aparmağın ən effektiv yolu insanlarla ünsiyyəti minimuma endirmək, yəni evdə qalmaqdır.
Gününün çox hissəsini restoranlarda, əyləncə mərkəzlərində, park və digər müxtəlif istirahət məkanlarında keçirənlər üçün evdə qalacağını düşünmək sıxıcı gələ bilər. Amma əslində işə tələsmədiyimiz və bütün çöl-bayır qayğılarından azad olduğumuz üçün əlimizə düşən bu bol asudə zaman hobbilərimizlə məşğul olmaq üçün əsl fürsətdir.
Yeməkdən zövq almaq əksərimizə xas keyfiyyətdir. Xüsusilə zəngin milli mətbəximizin təsiri bu zövqü daha da artırır. Qeyri-adi və ləzzətli yeməkləri hazırlamaq öz-özlüyündə bir hobbi ola bilər. O da məlumdur ki, artıq yemək bişirərkən kitablara deyil, müxtəlif rəqəmli qaynaqlara üz tuturuq.
Sonxeber.net ted.az-a istinadən yemək mövzusu ilə bağlı ən yaxşı tətbiqləri bu yazıda sizə təqdim edirik ki, bəlkə də indiyə qədər gizli qalan aşpazlıq qabiliyyətinizi üzə çıxara biləsiniz:
1.Tarif kitabı
2. GialloZafferano: le Riccete
3. Yemək bişirmə
4. Cookpad - Create your own Recipes
5. My Cook Book