Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Aprel 2020 20:40
YouTube koronavirusun 5G-dən qaynaqlandığını irəli sürən videoları silməyə başlayıb.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, COVID-19 pandemiyası ilə bağlı yanlış xəbərlərin və 5G baza stansiyalarının koronavirusa səbəb olduğu iddialarının artmasından sonra bu qərar verilib.
Platforma rəsmiləri şayiələrin qarşısını almaq üçün "tibbi cəhətdən yanlış üsullar" daşıyan videoların yayımlanmasına blok qoyulacağını deyiblər. Ancaq bu addım 5G ilə bağlı bütün konspirasiya videolarını əhatə etməyəcək.
Qeyd olunub ki, insanlara "zərər verəcək şəkildə" yanlış istiqamətləndirən kontentlərin yayımı dayandırılacaq. Beləcə, bu tip videolar daha az təklif ediləcək, axtarış zamanı tapılmayacaq və reklam gəlirləri əldə edə bilməyəcək.