Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Heydər Əliyev Mərkəzi Türkiyəyə dəstək oldu (VİDEO)

Heydər Əliyev Mərkəzi Türkiyəyə dəstək oldu (VİDEO)

Tarix: 11 Aprel 2020 21:48

Bakı. Trend:

Koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizədə Azərbaycanın dəstəyini nümayiş etdirmək məqsədilə aprelin 11-də Heydər Əliyev Mərkəzinin binası üzərinə Türkiyə Respublikasının bayrağı bu ölkənin musiqisinin müşayiəti ilə videoproyeksiya olunub.

Bu barədə Trend-ə Mərkəzdən məlumat verilib.

Qeyd edək ki, aprelin 3-dən başlayaraq virusdan zərərçəkən bir dövlətin bayrağı həmin ölkənin musiqisinin sədaları altında Mərkəzin binası üzərinə proyeksiya olunur. Bununla Heydər Əliyev Mərkəzi «COVID-19»un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir.

İndiyədək koronavirusun geniş yayıldığı Çin, Fransa, Almaniya, İran, İtaliya, Rusiya və İspaniyanın bayraqları Mərkəz binasının üzərində nümayiş olunub.


Etiketlər:  Heydər Əliyev Mərkəzi Türkiyəyə dəstək oldu VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ