Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

AMEA magistraturasında ödənişli yerlər üzrə illik təhsil haqqı müəyyənləşdirilib

AMEA magistraturasında ödənişli yerlər üzrə illik təhsil haqqı müəyyənləşdirilib

Tarix: 31 May 2019 16:12

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturasında ödənişli yerlər üzrə illik təhsil haqqının 1600 manat olması müəyyən edilib.

Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin iclasında AMEA prezidenti Akif Əlizadə deyib.

Onun sözlərinə görə, əvvəlki illərdən fərqli olaraq, bu il AMEA-nın magistraturasına qəbul planında ödənişli yerlər də nəzərdə tutulub:" Bu il təklif etdik ki, plan yerlərinin üçdə biri ödənişli olsun. Mən həmişə bunun əleyhinə idim. Amma görürük ki, akademiyanın magistraturasına maraq artıb, sənəd verənlər yüksək bal toplayanlardır. Onlar arasında yüksək rəqabət vəziyyəti yaranır və qəbuldan kənarda qalanlar olur. Ona görə də bu il ödənişli yerlər üzrə də qəbul aparılır".

A.Əlizadə əlavə edib ki, b u il AMEA-nın magistraturasına qəbul üçün

138 plan yeri elan edilib. Onun 35-i ödənişlidir.

Akademiya prezidenti əlavə edib ki, bu il AMEA-nın magistraturasında riyazi kibernetika, riyazi fizika, nanohissəçiklər fizikası, ətraf mühitin idarəolunması və s. üzrə yeni istiqamətlər müəyyən edilib. Bu il həmin istiqamətlər üzrə də ixtisaslara qəbulun aparılması nəzərdə tutulub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  AMEA magistraturasında ödənişli yerlər üzrə illik təhsil haqqı müəyyənləşdirilib


RƏYLƏR