Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

34 futbolçudan 56 dubl

34 futbolçudan 56 dubl

Tarix: 12 Aprel 2020 16:54

2019/20 mövsümündə “Qəbələ”nin futbolçuları 4 dubla imza atıb.
 

Qol.az klubun saytına istinadən xəbər verir ki, bunlardan ikisi Premyer Liqa, ikisi Azərbaycan kubokuna təsadüf edib.

Qış fasiləsində komandanı tərk edən Davit Volkov hər iki turnirdə fərqlənməyə nail olub. Klesio Bauk kubok, Nikolas Raysel isə çempionat matçında iki top vurub. Sonuncu “qırmızı-qaralar”ın koronavirus pandemiyası ilə əlaqədar yaranan fasilə ərəfəsindəki son qarşılaşmada bunu bacarıb. O, “Sumqayıt”la ev oyununda (5:0) qonaqları iki dəfə məyus edib.

Ümumilikdə, “Qəbələ”nin tarixindəki dublların sayı 56-ya çatıb. Bunlardan 38-i Azərbaycan Premyer Liqasına təsadüf edib. Kubokda 11, birinci dəstədə 4, avrokuboklarda 3 dəfə bir futbolçu görüşü iki qolla başa vurub.

Dubla imza atan futbolçuların sayı isə 34-ə çatıb. Hər üç oyunçu – Volkov, Bauk və Raysel “Qəbələ”də ilk belə uğuruna cari mövsüm imza atıb. Bu göstəricidə mütləq rekord isə Baqali Daboya məxsusdur. O, 6 dəfə dubla sevinib. Kənan Kərimovun aktivində 4 belə matç var.

 

“Qəbələ”də 2 və daha çox dubla imza atanlar

1. Baqali Dabo – 6

2. Kənan Kərimov – 4

3-5. Dodo – 3

Yannik Kamanan – 3

Daniel Subotiç – 3

6-13. Rövşən Əhmədov - 2

Filip Ozobiç - 2

Vüsal Qarayev - 2

Viktor Mendi - 2

Sergey Zenyov - 2

Deon Barton - 2

Ceyms Adeniyi -2

Davit Volkov - 2

 


Etiketlər:  34 futbolçudan 56 dubl


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ