Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sidiyin bu rəngi ağır xəstəliyə işarədir

Sidiyin bu rəngi ağır xəstəliyə işarədir

Tarix: 12 Aprel 2020 22:51

Böyük Britaniya onkoloqları xəbərdarlıq edir ki, sidiyin "portağal" rəngində olması mədəaltı vəzi xərçənginin inkişafına işarə edə bilər.

Sonxeber.net saglamolun.az-a istinadən bildirir ki, ən təhlükəli xərçəng növlərindən olan mədəaltı vəzi xərçəngi ilkin mərhələlərdə əksər hallarda özünü heç bir simptomla büruzə vermir.

İlk simptomlardan biri yeməkdən sonra və ya uzanaq vəziyətdə əmələ gələn bel və ya qarın nahiyəsində ağrılar və "portağal" rəngində sidik.

Mədəaltı vəzi xərçənginin digər simptomları:

Bağırsaqların fəaliyyətində dəyişikliklər (ishal və qəbizliyin növbələşməsi)
Səbəbsiz qızıdırma və titrəmə
Qarının yuxarı hissəsində ağrılar və diskomfort
Nəcisdə qan
Həmçinin mütəxəssislər qeyd edir ki, şəkərli diabetin inkişafı da insanda mədəaltı vəzi xərçənginə işarə edən ilk simptomlardan biri kimi meydana çıxa bilər.  

Sidiyin narincı rəngi böyrək xəstəlikləri və iltihablarına də işarə edə bilər.


Etiketlər:  Sidiyin rəngi ağır xəstəliyə işarədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ