Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Həbsdə olan sabiq icra başçılarının həbs müddəti uzadıldı

Həbsdə olan sabiq icra başçılarının həbs müddəti uzadıldı

Tarix: 13 Aprel 2020 11:48

Bakı. Samir Əli -Trend:

Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs edilən, Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyev, onun keçmiş müavini Ramiz Tatarov və Yevlax rayon İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədovun barələrində olan həbs müddəti uzadılıb.

Trend-in məlumatına görə, bu barədə Səbail rayon Məhkəməsində təqsirləndirilən şəxslərin barəsində istintaq orqanının təqdimatına baxılıb.

Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxslərin barəsində olan həbs qətimkan tədbirinin müddəti daha 3 ay artırılıb.

Xatırladaq ki, ötən il dekabrın 20-də Səbail Rayon Məhkəməsində hakim Rəna Qafarovanın sədrliyi ilə keçirilən prosesdə Nizaməddin Quliyev barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən verilmiş təqdimata baxılıb.

Məhkəmənin qərarı ilə N.Quliyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Daha sonra isə Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısının müavini Ramiz Tatarov barəsində təqdimata da baxılıb və onun haqqında 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Dekabrın 20-də, həmçinin Səbail rayon Məhkəməsi Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən verilmiş təqdimata əsasən Yevlax Rayon İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.


Etiketlər:  Həbsdə olan sabiq icra başçılarının həbs müddəti uzadıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ