Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda ağır qəza, ölənlər var - Biri məktəb direktorudur

Azərbaycanda ağır qəza, ölənlər var - Biri məktəb direktorudur

Tarix: 13 Aprel 2020 22:06

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolun rayonun Sabirkənd kəndi ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan "Niva" ilə ağır tonajlı "Shacman" markalı yük avtomobilinin toqquşması nəticəsində "Niva"nın sürücüsü 1967-ci il təvəllüdlü Abbsov Xəqani İslam oğlu və sərnişin 1964-cü il təvəllüdlü Vəliyev Eyvaz Nurqələm oğlu hadisə yerində ölüb. 

Qeyd edək ki, ölən E.Vəliyev rayonun Dəllər qəsəbə tam orta məktəbin direktorudur.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.


Etiketlər:  Azərbaycanda ağır qəza ölənlər Biri məktəb direktorudur


RƏYLƏR