Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aydın Mirzəzadə: Parlamentdəki çıxışımın radikal çağırış kimi qəbul edilməməsini xahiş edirəm

Aydın Mirzəzadə: Parlamentdəki çıxışımın radikal çağırış kimi qəbul edilməməsini xahiş edirəm

Tarix: 31 May 2019 19:24

Bakı. Trend:

Mayın 30-da Ermənistan-Azərbaycan cəbhə xəttində Ermənistan silahlı qüvvələrinin snayperlərinin açdığı atəş nəticəsində Azərbaycan Milli Ordusunun zabiti mayor Aqil Omarovun şəhid olması mənə çox pis təsir etdi.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu bəyanatla millət vəkili Aydın Mirzəzadə çıxış edib.

Deputat deyib: "Aqil Omarovu şəxsən tanıyırdım və onun itkisini ağır qəbul etdim. Bu hisslərin təsiri altında bu gün Milli Məclisin iclasında çıxış edərkən bu hadisəni pislədim və emosional şəkildə çağırış etdim.

Azərbaycan dövlətinin vətəndaşı kimi həmişə terrorun əleyhinə olmuşam və parlamentdəki çıxışımın radikal çağırış kimi qəbul edilməməsini xahiş edirəm.

Dövlətimizin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəlmiş prinsipial siyasətini dəstəkləyirəm və onu dövrün tələblərinə cavab verən ən düzgün siyasət hesab edirəm".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Aydın Mirzəzadə Parlamentdəki çıxışımın radikal çağırış kimi qəbul edilməməsini xahiş edirəm


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ