Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Aprel 2020 09:42
Perunun "Deportivo Koopsol" klubu koronavirus pandemiyasına görə futbolçular və işçilərlə olan müqavilələri ləğv edib.
Sonxeber.net qol.az-a istinadən xəbər xəbər verir ki, bunu yerli mətbuata açıqlamasında 2-ci divizion klubunun direktoru Francisco Melgar deyib. O, bütün futbolçuların və klubda çalışan işçilərin işdən azad olunduğunu, ancaq çempionat davam edərsə, onların yenidən işinə qayıdacağını bildirib.
Bu qərara səbəb, koronavirusa görə yerli çempionatın dayanması və klubun işçilərə məvaciblərini ödəyə bilməməsidir.