Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sabirabadda təbiətə ziyan vuran şəxs cəzalanıb

Sabirabadda təbiətə ziyan vuran şəxs cəzalanıb

Tarix: 14 Aprel 2020 16:15

Bakı. Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Sabirabad rayonu ərazisində ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət araşdırılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, araşdırma zamanı Sabirabad rayonunun Kür çayının mühafizə zolağında ağac və kolların rayon sakini Zamin Xəlilov tərəfindən kəsildiyi, təbiətə 3120 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı akt tərtib edilib.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Sabirabad rayon Prokurorluğuna göndərilib.


Etiketlər:  Sabirabadda təbiətə ziyan vuran şəxs cəzalanıb


RƏYLƏR