Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Aprel 2020 19:06
Bu gün Daxili işlər Nazirliyi "8103" qısa nömrəsinə mesaj göndərərək, yas mərasimində iştirak etmək adı ilə icazə alan 50 nəfərin saxlanılması barədə məlumat yayıb.
Sonxeber.net Oxu.az-a istinadən xəbər verir ki, saxlanılanlar arasında məşhur bodibildinqçi, fitnes müəllimi Renad Əfəndiyev də var.
O, yasa getmək adı ilə icazə alaraq epidemiya əleyhinə rejimin tələblərini pozub.
İcazədən sui-istifadə edən idmançı İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə 100 manat məbləğində cərimələnib.
Qeyd edək ki, R.Əfəndiyev yunan-Roma güləşi üzrə millimizin üzvü, dünya çempionu Rəsul Çunayevə məxsus "Go Fitness" idman zalında fitnes müəllimi kimi çalışır.