Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Koronavirusa görə özünü yoxla” proqramı istifadəyə verilib

“Koronavirusa görə özünü yoxla” proqramı istifadəyə verilib

Tarix: 15 Aprel 2020 16:00

Bakı. Trend:

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən “Koronavirusa görə özünü yoxla” proqramı hazırlanıb. BMT-nin İnkişaf Fondunun (UNDP) dəstəyi ilə hazırlanan proqramın məqsədi insanlara müvafiq tibbi yardım üçün müraciət etmək barədə qərar verməkdə yardımçı olmaqdır.

Nazirlikdən Trend-ə verilən məlumata görə, özünüyoxlama proqramı hər hansı xəstəlik (o cümlədən COVID-19) və ya digər tibbi vəziyyətlərin diqnostikası və ya müalicəsi üçün nəzərdə tutulmayıb.

Özünüyoxlama proqramı koronavirusa yoluxma riskini müəyyən etmək üçün hazırlanıb və tibb mütəxəssislərinin rəyini, klinik müayinəsini əvəz etmir.

Proqram www.isim.az saytında yaradılan “Koronavirus haqqında məlumatlar” bölməsində istifadəçilərə təqdim olunur. İstifadə üçün hər bir şəxsin razılığından sonra proqram tərəfindən ona tələb olunan qayğı səviyyəsinin müəyyənləşdirilməsi üçün bir neçə sual verilir və bu cavablar əsasında lazımi tövsiyələr təqdim edilir.

Proqram yalnız Azərbaycanda yaşayan insanlar üçün nəzərdə tutulub.


Etiketlər:  Koronavirusa görə özünü yoxla proqramı istifadəyə verilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ