Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Aprel 2020 16:38
İspaniyanın "Qranada" klubu hücumçusu Roberto Soldado ilə müqaviləni yeniləyib.
Qol.az "Marca"ya istinadən xəbər verir ki, 35 yaşlı hücumçu daha bir mövsüm Əndəlüs təmsilçisində çıxış edəcək.
İspan futbolçu bu mövsüm La Liqa klubunun heyətində 29 oyunda 6 qol vurub, 6 qol ötürməsi edib.
Qeyd edək ki, İspaniya millisinin sabiq üzvü karyerası ərzində "Real", "Tottenhem", "Valensiya" və "Fənərbaxça"da da çıxış edib.