Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Aprel 2020 17:40
"Koronavirusdan sağalan şəxslər yenidən bu xəstəliyə yoluxa bilər".
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
Onun sözlərinə görə, həmin şəxslər yenidən bu virusa yoluxsa da, xəstəliyi yüngül keçirə bilərlər:
"Bugünkü nəticələr göstərir ki, yenidən yoluxmalar qeydə alınır. Amma bu yoluxma sonradan hansı vəziyyətdə ağırlaşa bilər, o barədə konkret qarantiya yoxdur".