Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Aprel 2020 21:03
Qondarma "Dağlıq Qarabağ Respublikası" (DQR) heç bir şəkildə dövlət deyil.
Sonxeber.net bildirir ki, bunu Trend-ə rusiyalı ekspert Qalina Niyazova deyib. Onun sözlərinə görə, ilk növbədə, dünya ictimaiyyəti işğal olunmuş bu torpaqların müstəqilliyini tanımır və tanımayacaq:
"İkincisi, "müstəqillik" sözü öz daxili ehtiyatları hesabına, müstəqil şəkildə inkişafı ifadə edir. Amma nə marionet "DQR" rejimi, nə də qondarma "DQR"i idarə edən və özü də Rusiyanın himayəsində olan Ermənistan bütün bunlara malik deyil".
Ekspert əlavə edib ki, işğal olunmuş Dağlıq Qarabağda legitim seçkilər barədə yalnız bu ərazilərin azad edilməsindən sonra danışmaq olar:
"Aydındır ki, o zaman qondarma "prezident seçkiləri"ndən söhbət getməyəcək, yalnız regionun inkişafına və sakinlərin təhlükəsizliyi üçün məsuliyyət daşıyan qurumların seçilməsindən söhbət gedir. Amma indiki qondarma "respublika"da koronavirus pandemiyası və karantin şəraitində seçkilər keçirməklə hakimiyyətə iddia edənlər bu xüsusiyyətlərə malik deyillər".